Description
#Kanal13abuneol #LikeKanal13News #Subscribe #Kanal13TV
Əziz izləyicilərimiz! Biz sizin SƏSİNİZ OLMAQ üçün AZADLIĞIMIZI itirdik. Rəhbərimiz Əziz Orucov hələ də həbsdədir. Bizə DƏSTƏK olun, ABUNƏMİZ OLUN: https://youtube.com/@KANAL13X?sub_confirmation=1
Qaradağ rayonunda orta məktəb direktorlarından birinə məxsus avtomobil yandırılıb. Hadisə zamanı yaxınlıqda uşaqların da olduğu bildirilir. Xoşbəxtlikdən, insident nəticəsində xəsarət alan olmayıb.
APA-nın məlumatına görə, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı yaranmış gərginlik fonunda baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakıda dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə əlaqədar baş verən insidentlərə görə 37 nəfər həbs edilib.Nazirlikdən bildirilib ki, bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə əlaqədar təhsil işçiləri ilə münaqişə yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozmağa, nəqliyyatın hərəkətinə və məktəblərin normal fəaliyyətinə mane olmağa cəhd edib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb, 37 nəfər həbs edilib.Nazirlik vurğulayıb ki, ictimai asayişin və təhlükəsizliyin qorunması, eləcə də təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Qanunazidd hərəkətlərə yol verən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
https://bit.ly/2V19Fdy - Kanal13 GLOBAL
▌▌►Website: http://kanal13.info
Click & Subscribe to the main YouTube Channel – Kanal13 Global:
http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1
© KANAL13
Tags: _#Ukraine, #Russia, #Putin, #Putler, #Russian invasion of Ukraine, #Zelenski, #Kiev, #Kyiv, #Kadyrovarmy, #Kadirov, #Kherson, #Bucha, #Kharkiv, #Ukrainian pilots, #Vagners, #Russiantanks, #NATO, #drones, #Moscow, #Kreml, #warvictims #Ukrayna, #Zelensky, #Trupm, #DonaldTrump, #savaş, #Qarabağ, #Bakı